Fransada son sutkada COVID-19-a 24 minə yaxın yeni yoluxma faktı qeydə alınıb
Fransada son sutkada COVID-19-a 23 min 770 yeni yoluxma və 348 ölüm faktı qeydə alınıb.
SİA xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusa ümumilikdə 3 milyon 130 min 629 yoluxma olub. Xəstəxanalarda 27 min 128 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3101 koronavirus xəstəsi intensiv müalicə alır. Qeyd edilib ki, ölkədə xəstəxanalarda gərginliyin səviyyəsinin 60 faizdən çox olması virusun yayılmasının artımını göstərir.
Fransada pandemiya başlayandan 74 min 800 ölüm qeydə alınıb ki, onlardan 52 min 562-si xəstəxanalarda baş verib.
Ölkə ərazisində 1921 qrup yoluxması aşkarlanıb. Virusun yeni ştammlarının ölkədə yayıldığı bildirilir.
Fransada hibrid təcrid olma rejiminin tətbiqi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB