Ukraynanın ilk prezidenti, Donbas üzrə Üçtərəfli Əlaqə Qrupunun nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Qərbi Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.
SİA xəbər verir ki, Ukraynanın məlumat və analitik "Apostrof" telekanalına müsahibə verən keçmiş dövlət başçısı Rusiyanı Ukrayna ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə günahlandıraraq Moskvaya qarşı iqtisadi və diplomatik təzyiqlərin artırılmasına çağırıb.
Qeyd edilməlidir ki, bir müddət bundam əvvəl Kravçuk Rusiyanın Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) kənarlaşdırılmasını təklif etmişdi. O, bunu Moskvanın Donbasla bağlı danışıqlar prosesini uzatması ilə əlaqələndirmışdı.
Bildirək ki, 2014-cü ilin sentyabrında Ukraynanın şərqindəki vəziyyətin həllinə dair Minsk razılaşması atəşkəsin təmin edilməsinə ümidlər yaratsa da, lakin tərəflər hələ də bir-birlərini ittiham etməkdə davam edirlər.
Məsələn, Rusiya tərəfi də öz növbəsində Ukraynanı Minsk razılaşması ilə bağlı öhdəliklər planının icrasını daim təxirə salmaqda, müqavilələrə zidd fikirlər irəli sürməkdə ittiham edir. Belə ki, bir müddət bundan əvvəl, Rusiya xarici işlər naziri Sergey Lavrov, ATƏT Xarici İşlər Nazirləri Şurasının iştirakçılarına müraciətində Ukrayna hakimiyyətini Minsk razılaşmalarının tətbiqinə təxribatı dayandırmağa və Donetsk və Luqanskla birbaşa dialoqdan yayınmamağa çağırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB