Ermənistanın Statistika Komitəsi ölkə iqtisadiyyatının 2020-ci il ərzində necə inkişaf etdiyinə dair yeni makroiqtisadi məlumatları təqdim edib. SİA erməni mənbələrinə istinad edərək bildirir ki, Ermənistanda mart ayında koronavirusun “qəfil aşkarlanması”ndan sonra ölkə iqtisadiyyatında gözlənilən fəlakətin ilk əlamətləri nəzərə çarpmağa başlayıb. Bu tənəzzül, yəni iqtisadi fəaliyyət göstəricisi mənfi 92,5 faiz azalıb.
Maraqlıdır ki, bu göstəricini əsas tutan erməni iqtisadiyyatçıları, tərəddüd etmədən, ölkənin çoxdan tənəzzülə uğradığını etiraf etmək məcburiyyətində qalıblar. Yəni son bir ildə “milli erməni iqtisadiyyatı” 7,5 faiz itirib.
Qeyd edək ki, erməni iqtisadçıları “milli erməni iqtisadiyyatı”nin yaxın zamanlarda dirçəliş tapa biləcəyinə də o qədər ümidli deyillər. Onlar Paşinyan kabinetinin ehtiyatında nə uyğun bir arxa plan, nə də kadr olmadığını əsas kimi gətirərək bu fikri söyləyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB