Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri gözlənilir.
SİA-nın məlumatına görə, bunu Türkiyədə səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
O bildirib ki, tezliklə səfərin tarixi və digər detalları müəyyənləşdiriləcək.
İranlı nazir, həmçinin Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, İran və Gürcüstanın iştirakı ilə regional əməkdaşlıq platformasının yaradılmasına ümidvar olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB