Egemen Bağışın təklifi ilə Praqada müsəlman qəbiristanlığı yaradılacaq

Egemen Bağışın təklifi ilə Praqada müsəlman qəbiristanlığı yaradılacaq

Avropada İslamafobiyanın yaşandığı bir dövrdə Türkiyənin Praqadakı səfiri Egemen Bağış'ın Çex respublikasındakı müsəlmanların bəzi tələblərini dilə gətirib.

SİA xəbər verir ki, Praqa Böyükşəhər Bələdiyyə Başçısı Hib Zdeněk də səfir Egemen Bağışa Praqadakı Müsəlman qəbiristanlığının yaradılması ilə əlaqədar söz verib.

Səfir Egemen Bağış Praqa Böyükşəhər Bələdiyyə Başçısı Hib Zdeněk-in ənənəvi Səfirlərin Yeni il toplantısına qatılıb və Praqada yaşayan müsəlmanların qəbiristanlıq ehtiyacını gündəmə gətirib. Egemen Bağış çıxışında müsəlmanların dəfn oluna biləcəyi ən yaxın yerin avtomobillə 4 saatlıq məsafədə olan Brno şəhər olduğunu ifadə etdi və həm şifahi, həm də yazılı şəkildə bir müsəlman qəbiristanlığına ehtiyac olduğunu dilə gətirdi.

Bundan sonra Praqa Böyükşəhər Bələdiyyə Başçısı Hib Zdeněk Egemen Bağışın bu təklifini nəzərə alacağını və həll ediləcəyini vəd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə