Qarabağda yeni mübarizə başlaya bilər..?

Qarabağda yeni mübarizə başlaya bilər..?

Türkiyəli professor Gürşad Zorlu Azərbaycanın mineral yataqlarının istifadəsi ilə bağlı yeni bir mübarizənin başlaya biləcəyini ehtimal edir. Bu barədə məlumatı SİA xarici mətbuata istinadən bildirir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Türkiyənin “Habertürk” nəşri Qarabağ ərazisində təqribən 8 milyard dollardan artıq dəyərləndirilən qızıl, mis və sink yataqları mövcudluğu barədə xəbər tirajlamışdı.

Türk nəşrinin yazdığına görə, ermənilərin nəzarəti altında olduğu ərəfədə bu yataqlar təkcə ermənilər tərəfindən deyil, həm də xarici şirkətlər tərəfindən talanaıb. Məhz buna görə də, Bakı indi İrəvandan təzminat tələb edir.

Qeyd edək ki, nəşr Azərbaycanın təbii sərvətlərini ermənilərlə yanaşı, Rusiya, Fransa və hətta Cənubi Kipr şirkətlərinin də taladığını istisna etməyib.

Dünyada qızıl və mis qiymətlərinin artmasına diqqət çəkən türk nəşri bunun fonunda Qarabağ yataqlarının Azərbaycan üçün vacibliyini də önə cəkib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə