İngiltərə ilə Aİ arasında peyvənd müharibəsi başlayıb

İngiltərə ilə Aİ arasında peyvənd müharibəsi başlayıb

Brüssel İngiltərə əczaçılıq şirkətləri tərəfindən hazırlanan on milyonlarla vaksin dozalarının Avropaya göndərilməsini istəməsindən sonra, İngiltərə ilə Aİ arasında peyvənd müharibəsi başlayıb. SİA-nın xəbərinə görə, sözügedən əczaçılıq şirkəti Avropaya peyvənd dozasını mart ayının sonuna qədər 80 milyondan 31 milyona endirib.

Brüsselin səhiyyə üzrə komissarı Stella Kiriakides deyib ki, "AstraZeneca" Avropadakı zavodlarda istehsal çətinliyinin olduğunu deyirsə, əczaçılıq şirkətinin Britaniya üçün istehsal etdiyi dozaların Avropaya yönəldilməsi gərəkdir.

Britaniya hökuməti peyvənd sifarişini Avropa Birliyinnin "AstraZeneca" ilə müqaviləsindən üç ay əvvəl imzalayıb.

"Biz ilk gələnə ilk xidmət siyasətini rədd edirik. Bu müqavilələrdə keçərli deyil" - deyə, Kiriakides bildirib.

"AstraZeneca" ilə görüşdən sonra "Kiriakides" vaksin dozaların çatdırılmasında müəyyən problemlərin görə təəssüfləndiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə