İnsanları öz tərəflərinə çəkərək ölkədəki hakimiyyəti dəyişdirmək iddiası bu gün Ermənistanda ən aktual məsələ kimi gündəmdədir. Erməni siyasətçilərinin iddasına görə, bu gün Ermənistanda yaşananlar ölkənin dövlətçiliyini itirmək üçün təhlükə yaradır. Maraqlıdır ki, Paşinyanı ölkə maraqlarına xəyanətdə ittiham edən ermənilər, çoxlarına qəribə də olsa, bunu ermənilərin tarixi praktikasında nadir hal kimi dəyəndirirlər. Buna görə də belə bir şəxsin hakimiyyətdən uzaqlaşdırılmasını ermənilərin taleyüklü bir vəzifəsi kimi qiymətləndirirlər.
SİA erməni mətbuatına istinadən bildirir ki, hazırda baş nazır Nikol Paşinyanın fəaliyyətinin nəticələri ölkə üçün faciəvi nəticələrə gətirib çıxardığını onlar “milli xəyanət” kimi dəyərləndirirlər.
Bu gün Ermənistanda müxalifətin və ona rəğbət bəsləyən etirazçı kütlələrin əsas vəzifəsi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olsa da, amma məsələ buna necə nail olmaqla bağlıdır. Təbii ki, bu psixoloji makiyajında səhvlərini başa düşən və nəticələrini yaşayan, könüllü olaraq yerlərini başqalarına verən insanlar kateqoriyasına aid deyil. Çünki onların kredosu əbədi bir döyüşdür və onlara görə, sülh yalnız adi bir xəyaldır. Təbii ki, bu başqa bir yazı mövzusu olsa da, burada fərq onların başqalarının döyüşə göndərərək, özlərinin isə sipər arxasında gizlənib ilham vermələridir.
Erməni iddialarına görə, bu gün Paşinyan, siyasi rəqiblərinə qarşı etdiyi hərəkətlərlə, praktik olaraq onlara hakimiyyətin zorla dəyişdirilməsindən başqa bir seçim yolu qoymayıb. Lakin vaxt keçir və Paşinyan öz siyasəti ilə ölkəni geridönməz ola biləcək təhlükəli proseslərə qərq edir. Nəticədə müxalifət zaman problemi yaşayır - problemlər yığılır və onların həlli üçün vaxt getdikcə azalır. Məsələ bundadır ki, Nikolun son hərəkətləri daha qəti addım atmaq istəyən bir çox ermənilərdə elə də bir nikbinlik yaratmır.
Məhz bu mənada görünür ki, etirazçı kütlələri birləşdirmək üçün Paşinyanın istefasının zəruriliyi fikri artıq yetərli deyil.
Bundan əlavə, bəzi etirazcı ermənilər hələ də çətin seçimlə üz-üzədirlər. Məsələn, onların çoxu üçün aydınlaşdıra bilmədikləri bir sual yaranır: görən, Paşinyanın istefasından sonra Ermənistanda nə olacaq? Belə görünür ki, bu gün baş nazir olmaq həsrətilə yanan Vazgen Manukyanın hakimiyyətə gətirilməsi ölkədə bir çoxlarının elə də ürəyincə deyil.
Buna görə də, bir çox erməni siyasiləri müxalifətin yaxın vaxtlarda xalqa seçim üçün alternativ ideoloji platformalar təklif edəcəyini istisna etmirlər. Onların fikrincə, bu gün ermənilərin birləşdirici fikirlərə ehtiyacları olsa da, amma yalnız bir böhran əleyhinə proqramla məhdudlaşmaq olmaz. Belə ki. bu proqram ölkənin nəinki suverenliyini, heç sərhədlərini belə qoruya bilməz.
Hazırda isə reallıq budur ki, ciddi problemlər məngənəsində cabalayan Ermənistan, hələ ki. bəzilərinin tərəddüdlə yanaşdığl çıxış yolunu Paşinyanın hakimiyyətdən uzaqlaşdırmasında görür. Ermənilər iqtidar dəyişikliyi uğrunda mübarizənin səmərəliliyini təyin edən əhəmiyyətli faktor kimi, bütün səviyyəli güc strukturları nümayəndələrinin də cəlb edilməsini istəyirlər. Onların təbirincə, belə olan halda mövcud hökumətin könüllü istefasına nail olmaq olar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB