Etirazçılar hökümət binasını ələ keçirməyə cəhd edib - Ermənistanda

Etirazçılar hökümət binasını ələ keçirməyə cəhd edib - Ermənistanda

Ermənistan hökumətinin binasını ələ keçirməyə cəhd edən 5 nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 28-də saat 17:00 radələrində mitinq zamanı bir qrup şəxs əvvəlcədən planlaşdıraraq icra orqanının binasını ələ keçirməyə çalışıb.

Faktla bağlı İstintaq Komitəsi cinayət işi başladıb. İlkin istintaq davam edir.

Qeyd edək ki, ötən gün yüzlərlə insan İrəvanın mərkəzinə toplaşaraq Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb etmişdi. Sonra etirazçılar hökumət binasına soxulmağa çalışsa da, bacarmamışdı. Polis binanın bütün girişlərini bağlamışdı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə