Meksika dünyada üçüncüdür - koronavirus qurbanlarının sayına görə

Meksika dünyada üçüncüdür - koronavirus qurbanlarının sayına görə

Ötən gün Meksikada COVID-19 koronavirusunun səbəb olduğu xəstəliklərdən daha 1506 ölüm qeydə alınıb. SİA bu ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, pandemiya başlayandan bəri Meksikada COVID-19 qurbanlarının sayı 155 min 145 nəfərə çatıb.

Beləliklə, ölüm hallarına görə, Meksika ABŞ (432.9 min ölüm) və Braziliyadan (221.5 min ölüm) sonra üçüncü yerdə qərarlaşıb. Maraqlıdır ki, meksikalı mütəxəssislər xəstəliklə bağlı ölkədə açıqlanan ölüm saylarının reallığı əks etdirmədiyini, əksində real ölüm saylarının 195 mindən də artıq olduğunu iddia edirlər.

Qeyd edək ki, koronavirus pandemiyası başlayandan bəri 1,82 milyon meksikalıda COVID-19 virusu aşkar edilib. Bir müddət əvvəl infeksiyaya yoluxanlar arasında ölkə prezidenti Andres Manuel López Obrador da var idi.

Onu da qeyd edək ki, bu gün 126 milyondan artıq əhalisi olan Meksika bu günə qədər yalnız 760 min koronavirus əleyhinə peyvənd almağa müvəffəq olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə