Almaniyanın Bremen və Bremerhaven şəhərlərində koronavirusun yeni ştammı qeydə alınıb

Almaniyanın Bremen və Bremerhaven şəhərlərində koronavirusun yeni ştammı qeydə alınıb
Almaniyanın Bremen və Bremerhaven şəhərlərində koronavirusun ilk dəfə yeni ştammı qeydə alınıb. SİA xəbər verir ki, İngiltərədə aşkarlanmış koronavirusun yeni ştammına Bremen şəhərindəki uşaq bağçasında işləyən qadın, Bremerhavendə isə yerli klinikanın tibb bacısı yoluxub. Hər iki xəstə karantinə alınıb. Səhiyyə Nazirliyində hesab etmirlər ki, bu iki hadisə bir-biri ilə bağlıdır. Qeyd edək ki, Britaniya ştammı inkişaf baxımından təhlükəli sayılmır. Amma o, COVID-19-a nisbətən daha yoluxucudur.

Bütün xəbərlər Facebook səhifəmizdə