BMT-nin baş katibi Antoniu Quterreş COVİD-19-a qarşı peyvənd olunub
BMT-nin baş katibi Antoniu Quterreş yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunub.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə A.Quterreş özünün "Twitter" səhifəsində paylaşım edib.
Baş katib bildirib: "Bu gün COVID-19 peyvəndinin ilk dozasını aldığım üçün xoşbəxtəm və minnətdaram. Çalışmalıyıq ki, hər kəs, hər yerdə peyvəndi əldə edə bilsin. Bu pandemiya zamanı hər kəs təhlükəsizlikdə oluncaya qədər heç birimiz özümüzü təhlükəsizlikdə hiss edə bilmərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB