Daha yeni pandemiya təhlükəsi...

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, dünyanı ağuşuna alan koronavirusla bağlı mübarizə başa çatmamış, indi də yeni bir "Nipah" virusu dünyaya meydan oxumağa hazırlaşır. SİA xarici mətbuata istinadən virusun artıq Malayziya, Hindistan, Sinqapur və Banqladeşdə özünü göstərməyə başladığını bildirir. Verilən məlumata görə, epidemiyanın yayılmasına əsas səbəb meyvə yarasalarıdır.

Artıq dünyada yeni bir fəlakət yaratmamaq üçün həkimlər vektorlarla təmasdan qaçınmağı, yeməklə davranmağı və şəxsi gigiyena qaydalarına diqqətlə yanaşmağı məsləhət görürlər.

Qeyd edilməlıdir ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni pandemiya ehtimalı ilə bağlı artıq həyəcan təbili çalıb. Belə ki, "Nipah" virusunun və ya NiV-in artıq təşkilatın saytında yer aldığı bildirilir.

Xatırladaq ki, bu virus təhlükəli bir xəstəlik kimi ilk dəfə 1999-cu ildə aşkar edilib. Deyildiyi kimi, virusun təbii daşıyıcıları olan meyvə yarasalarının sidiyi meyvələrdə qalar ki. bu da virusun daha geniş yayılmasına rəvac verə bilər.

Onu da xatırladaq ki, mövcudluğu gündən təhlükəli virusun dünyada 12 baş verməsi qeydə alınıb. Son kütləvi infeksiya 2008-ci ildə Banqladeşdə baş verərkən yoluxanlar arasında ölüm nisbəti təxminən 38 faiz olmuşdu. Virusun ilk simptomları qripə bənzəyir: insanlarda hərarət, baş ağrısı və əzələ ağrıları, qusma və boğaz ağrısı baş qaldırır. Daha sonra başgicəllənmə, yorğunluq və dəyişdirilmiş şüur da əlavə edilə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...