Koçaryan yenidən hakimiyyətə qayıtmaq istəyir?

“Seçkilərdə komandamla iştirak edib və qalib gələcəyik”. Rusiya mediasına istinad edən SİA bu fikirlərin Dağlıq Qarabağ münaqişəsinin təşəbbüskarlarından biri, Ermənistanın sabiq prezidenti Robert Koçaryana məxsus olduğunu bildirir.

Maraqlıdır ki, keçmiş prezident Ermənistandakı müxalifətin qalan hissəsinin də seçkilərdə iştirak etməsini məqbul sayır.

Ölkə əhalisinin, təqribən 200-300 min nəfərdən çoxunun artıq radikallaşdığını bildirən Koçaryan qarşıdakı aylarda etiraz fəallığının artacağını istisna etmir. Onun fikrincə, yenidən küçələrə çıxacaq insanların ikinci dalğası birincidən daha güclü olacaq.

Yeri gəlmişkən qeyd edək ki, Koçaryan hələ də ümidlidir. Axı 2019-cu ilin oktyabrında Avrasiya İqtisadi Birliyinin forumunda iştirak etmək üçün İrəvana gələn şimal qonşumuzun prezidenti Koçaryanı görməsə də, onun arvadı ilə görüşərək vədlər vermişdi. Belə görünür ki, Roberti ümidləndirən də arvadının bu görüşdən qalan təəccüratını onunla bölüşməsidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə