Baydenin administrasiaysı BƏƏ və Səudiyyə Ərəbistanına silah satışına qadağa tətbiq edib

Baydenin administrasiaysı BƏƏ və Səudiyyə Ərəbistanına silah satışına qadağa tətbiq edib

ABŞ Prezidenti Cozef Baydenin administrasiaysı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına silah satışına müvəqqəti qadağa tətbiq edib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Vaşiqtonun hakim dairələrindəki mənbələrə istinadən "Wall Street Journal" qazeti xəbər verib.

Nəşrin mənbələrinə görə, Baydenin köməkçiləri əvvəlki ABŞ prezidenti Donald Trampın dövründə təsdiqlənmiş milyardlarla dollarlıq silah əməliyyatlarının qiymətləndirilməsini aparirlar. Xüsusilə, yüksək dəqiqlikli döyüş sursatlarının və beşinci nəsil F-35 qırıcılarının BƏƏ-yə və Səudiyyə Ərəbistanına satışı ilə bağlı məsələlər nəzərdən keçirilir.

Qəzet mənbələri yeni rəhbərliyin əvvəllər bağlanmış silah sövdələşmələrini qiymətləndirmə praktikasının "qeyri-adi bir şey olmadığını" qeyd edir. Nəşrə görə, "təxirə salınmasına baxmayaraq bir çox əməliyyatın başa çatacağı ehtimal olunur."

Vaşinqtonun sözügedən silahların Yəməndə istifadə olunmayacağına əmin olmaq istədiyi vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə