Böyük Britaniyada karantin müddəti mart ayına qədər uzadılıb

Böyük Britaniyada karantin müddəti mart ayına qədər uzadılıb.

SİA xəbər verir ki, Baş nazir Boris Conson fevralda bitməsi düşünülən karantin müddətinin uzadılacağını açıqlayıb.

O, bildirib ki, virusa yoluxmada və ölüm saylarında azalma müşahidə edilmədiyi üçün müddətin uzadılmasına qərar verilib. Conson məktəblərin ən tez martın 8-dən sonra açılacağını bildirib.

Qeyd edək ki, Krallıqda Milad bayramından sonra bütün məktəblər, ticarət mərkəzləri, vacib olmayan mağazalar və idman mərkəzləri bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə