Ukraynada rus dilinə “nifrət dərsləri”…

Ukraynanın Dnipro şəhərindəki məktəblərin birində qalmaqal yaşanıb. Belə ki, məktəbdə təhsil alan şagirdlərin valideynləri uşaqlara rus dili və ruslara nifrət etməyi təbliğ edən ibtidai sinif müəllimindən şikayətçi düşüblər.

SİA bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Valideynlərin dediklərinə görə, müəllim sinifdə Ukrayna dilində danışmayan şagirdləri "dövlətin düşməni" adlandırarkən, onlara rusların qəsbkar, Ukrayna torpağının tarixi işğalçıları olduğunu təlqin edirmiş.

Maraqlıdır ki, məktəbdə müəllim dəyişikliyi üçün imza toplayan valideynlərə məktəb rəhbərliyi burada heç bir cinayətin olmadığını əsas gətirərək, müəllim dəyişikliyinə də ehtiyac olmadığını bildirib.

Yeri gəlmişkən xatırladaq ki, Ukraynada dil qanunu 2019-cu ilin aprel ayında qəbul edilib. Həmin qanuna əsasən ölkənin bütün sahələrində - dövlət orqanlarında, məktəblərdə, universitetlərdə, məhkəmələrdə, orduda, polisdə və hətta seçki kampaniyasında belə ünsiyyət yalnız Ukrayna dilində aparılmalıdlr.

İstisna isə ancaq xüsusi ünsiyyət və dini ayinlər zamanı edilə bulər.

Onu da qeyd edək ki, Ukraynada dillə bağlı qarşıdurmalar artıq adi hal almaqdadır. Belə ki, ötən ilin 1 sentyabrından etibarən ölkədəki bütün rusdilli məktəblərin ləğv edilərək tədrisin yalnız Ukrayna dilində keçirilməsi bu qalmaqallara yeni rəvac verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə