ABŞ-Çin münasibətlərində getdikcə daha çox düşmənçilik aspektləri yaranır - Entoni Blinken

Çin-ABŞ münasibətləri getdikcə düşmənçilik halına gəlir, lakin bu, iki ölkə arasındakı əməkdaşlığı da istisna etmir.

SİA-nın "scmp.com" saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın yeni dövlət katibi Entoni Blinken Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Heç kimə sirr deyil ki, ABŞ ilə Çin arasındakı münasibətlər bəlkə də dünyanın ən vacibidir. ....... Ancaq bu münasibətlərdə getdikcə daha çox düşmənçilik aspektləri yaranır, burada rəqabət və hələ də əməkdaşlıq aspektləri də var. Və əməkdaşlıq aspektləri qarşılıqlı maraqları təmsil edən sahələrdə mövcuddular", - Blinken qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə