“Boeing 737 MAX” təyyarələri Böyük Britaniya Krallığı ərazisində xidmətə qaytarılıb

“Boeing 737 MAX” təyyarələri Böyük Britaniya Krallığı ərazisində xidmətə qaytarılıb

Böyük Britaniya rəhbərliyi müvafiq modifikasiya dəyişiklikləri edildikdən sonra “Boeing 737 MAX” təyyarələrinin krallıq ərazisində xidmətə qaytarılmasını təsdiqləyib.

SİA "news.sky.com" saytına istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsinin yaydığı açıqlamada deyilir.

“Britaniya Mülki Aviasiya İdarəsi krallığın hava yolları şirkətlərinin sərnişindaşıma xidmətində “Boeing 737 MAX” təyyarələrindən istifadə edə biləcəyini açıqlayıb. Bu təyyarələrin Britaniya hava məkanında istifadəsinə qoyulan qadağa da ləğv ediləcək. Dəyişikliklər bu gündən etibarən qüvvəyə minəcək”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə