Ermənistanı gözləyən növbəti problem

“Artıq bölgədəki rabitənin blokdan çıxarılması bizim üçün çox ciddi problemlər yaradacaq”. SİA erməni mənbələrinə istindən bildirir ki, bu fikirləri “Tovmasyan xeyriyyə fondu”nun qurucusu Artak Tovmasyan jurnalistlərlə keçirdiyi görüşdə söyləyib.

Bütün ölkələrin böhranla üzləşəcəyini istisna etməyən, erməni iş adamı Ermənistanda vəziyyətin psixoloji atmosfer baxımından daha da pis olacağını gizlətməyib. Onun sözlərinə görə, “Hayastan” fondu ətrafında gedən proseslərlə əlaqədar olaraq erməni diasporunun Ermənistandakı proqramlara olan inamı artıq itib: “Buna müharibədən əvvəl Qarabağdan gətirdiyimiz qida qaynaqlarının itkisini də əlavə etsək, yaxın günlərdə Ermənistanı nə gözləyəcəyini söyləməyə elə də bir ehtiyac yoxdur”.

Ölkənin qida sektorunda “özümüzü təmin etmə” probleminin hələ də həll edilmədiyini xatırladan Tovmasyan “türk mallarının daha rəqabətli olmasına baxmayaraq, əlavə risklər(?) yaradır” –deyə erməni xislətini də biruzə verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə