Bu gün hamıya qarşı müharibə mümkündür

“Pandemiya qlobal iqtisadiyyat və siyasətdə formalaşmağa başlayan struktur dəyişikliklərini sürətləndirib”. SİA rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin "Davos Gündəmi" tədbirində çıxışı zamanı bildirib.

Dünyanın siyasət və iqtisadiyyatında artan ziddiyyətlərin risklərinə diqqət çəkən rusiyalı pezident bəşəriyyət üçün ciddi bir çağırışa çevrilən koronavirus pandemiyasının struktur dəyişikliklərinə təkan verdiyini və hətta onu sürətləndirdiyini də bildirib: “Pandemiya dünyada yığılmış problem və balanssızlığı daha da artırıb”-deyən rus prezident, ictimai fikirlərin qütbləşməsini və dünyadakı daxili siyasi proseslərin kəskinləşməsini də qeyd edib.

Dünyadakı ziddiyyətlərin artıq sarmallaşmağa doğru getdiyini bildirən Putin, cəmiyyəti bölmək problemini, onu bir küncə sıxışdırma ümidini təhlükəli bir illüziya adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...