Ermənistanda kukla rejimi formalaşır?

Paşinyanın son təyinatlarına diqqət cəkən erməni mətbuatı bütün bunları baş nazirin Ermənistanda dövlət idarəetmə sistemini gücləndirməyə deyil, sadəcə olaraq, öz hakimiyyətini gücləndirməyə hesablandığını yazır.SİA həmin mənbəyə istinadən xəbər verir ki, ermənilər Paşinyan hökumətinin hazırkı təyinatlarını onun ölkədə kukla rejimi formalaşdırmağa hesablandığından xəbər verdiyini iddia edirlər. Qeyd edək ki, ermənilər bunu, daha çox, peşəkar iş üçün lazımi xüsusiyyətlərə sahib olmayan insanların dövlət vəzifələrinə təyin edilməsi ilə əlaqələndirirlər.

Təbii ki, Ermənistanın bugünkü mövcudluğu, həmişə olduğu kimi, indi də Rusiyadan asılıdır. Əslində, bu əksər ermənilər tərəfindən qəbul edilsə də, lakin onlara yer edən erməni rəhbərliyinin Azərbaycanın maraqlarına cavab verən siyasət yürütməsidir(?).

Maraqlıdır ki, erməni ziyalıları ilə yanaşı, hətta sadə ermənilər belə son iki Moskva - həm 9 noyabr, həm də 11 yanvar danışıqları zamanı gündəlikləri, məhz Azərbaycan Prezidentinin diktəsi ilə keçirildiyini etiraf etmək zorunda qalıblar.

O da maraqlıdır ki, əksər erməni siyasətçiləri Paşinyanın son təyinatındakı dövlət rəsmilərinin də, Azərbaycanın diktəsi altında hərəkət edəcəklərinə şübhə etmirlər. Onların qənaətinə görə, özünü əxlaqi prinsiplərdən məhrum edən Paşinyan, eyni keyfiyyətlərə sahib insanları komandasına cəlb edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...