Həftə ərzində beş asteroid Yerə yaxın keçəcək

Həftə ərzində müxtəlif ölçülü beş asteroid Yer kürəsinin yaxınlığından keçəcək. SİA xəbər verir ki, bu barədə NASA-nın Yerə Yaxın Obyektləri Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 28 yanvar tarixində Yerdən Aya olan məsafənin 5,5 mislinə bərabər məsafədə, təqribən 2,2 milyon kilometr aralıqa 2021 BZ asteroidi planetimizin yanından keçəcək. Bu asteroidin ölçüləri 29 metrlə 65 metr arasında qiymətləndirilir.

Bildirilir ki, başqa bir asteroid 2021 AG7 Yer kürəsinin yaxınlığından 29 yanvar tarixində keçəcək. Onun ölçüləri isə 47 metrlə 110 metr arasında qiymətləndirilir. Həmin gün eyni zamanda 2021 AF7 asteroidi də planetimizin yaxınlığından keçəcək, onun ölçüləri isə 24 metrlə 53 metr arasındadır.

Eyni zamanda qeyd olunur ki, 2 fevral tarixində isə 2021 AL və 2021 BD3 asteroidləri Yerə yaxınlaşacaq. Onların Yerə yaxınlaşma məsafəsi Aya qədər olan məsafədən təxminən 10 dəfə artıq olacaq. Xəbər verilir ki, yaxınlaşmaqda olan asteroidlərdən ən kiçiyi 19 metrlə 43 metr arasındadır.

Xatırladaq ki, bir qədər əvvəl Yerə Yaxın Obyektləri Araşdırma Mərkəzi 2020 YE5 asteroidinin Yer kürəsinə yaxın uçma təhlükəsini təxmin etmişdi. Göy cismi 22 yanvar tarixində saniyədə 10 km sürətlə Marsdan yerə yaxınlaşır. Mütəxəssislər, yalnız yanvar ayının ilk ongünlüyündə Yerin yaxınlığından 2020 YE5 asteroidindən xeyli böyük olan 4 kosmik səma cisminin keçib getdiyini qeyd ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...