Fransada təhsil sistemində çalışan işçilərin 11 faizi kütləvi etiraz aksiyası keçiriblər

Fransada təhsil sistemində çalışan işçilərin 11 faizi kütləvi etiraz aksiyası keçiriblər

Fransada təhsil sistemində çalışan işçilərin 11 faizi Milli həmkarlar ittifaqının çağırışı ilə kütləvi etiraz aksiyası keçiriblər.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Etirazçılar pandemiya dövründə iş şəraitlərinin yaxşılaşdırılması və maaşların artırılmasını tələb ediblər.

Milli həmkarlar ittifaqı etirazçıların sayının daha çox olduğunu – ölkə üzrə təhsil işçilərinin 40 faizə qədərinin aksiyada iştirak etdiyini açıqlayıb.

Nümayişlər, eyni zamanda Fransanın digər böyük şəhərlərində - Paris, Marsel, Bordo, Tuluza, Qrenobl və s. keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə