Ermənilərin istiqraz alıcıları arasında Türkiyə və Azərbaycan da var?

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan ölkəsinin xarici borcunun yeni sahiblərinin tam siyahısını "Facebook" səhifəsində yayımlanmasını tələb edib. SİA-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, maraqlı da olsa, o, bunun milli təhlükəsizlik üçün yeni bir çağırış olduğunu bildirib.

Cinayətkar hökumətin ümumi dəyəri 750 milyon dollar olan istiqrazları xarici valyutada buraxdığını bəyan edən Aşotyan, yaranmış şəraitdə türklərin də Ermənistanın maliyyə təhlükəsizliyinə müdaxilə edə biləcəyinə şübhəsinin gizli olmadığını bildirib.

Qeyd edilməlidir, Ermənistanın xarici borcu artıq astronomik bir həddə - 8.7 milyard dollara və ya ÜDM-in 65 faizinə çatıb. Təbii ki, sədr müavini buna görə, ilk olaraq, Paşinyan və onun naşı kimandasını kəskin tənqid edib: "...Nikol hakimiyyəti ələ keçirildikdən sonra ölkənin milli borcu ÜDM-ə nisbətən, təxminən 2 milyard və ya 11 faiz artıb. Məhz elə buna gğrə də, bu gün Ermənistan dövlətçiliyi uçuruma doğru sürüşməkdədir"-deyən Armen Aşotyan hazırkı vəziyyətdə Türkiyə və Azərbaycanın da yeni istiqrazçılar arasında olduğunu istisna etməyib. Ona görə də. o, Ermənistanın xarici borc sahiblərinin tam siyahısının açıqlanmasını tələb edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə