Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

SİA Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Söhbət zamanı V.Putin bildirib ki, Rusiya ilə ABŞ arasında əlaqələrin normallaşması həm iki ölkənin, eləcə də beynəlxalq birliyin maraqlarına cavab verəcəyinə əmindir.

Prezidentlər Strateji Hücum Silahları haqqında Sazişlə əlaqədar əldə olunmuş razılıqdan məmnunluqlarını ifadə ediblər. Tərəflər ikitərəfli münasibətlər, habelə beynəlxalq gündəmlə bağlı aktual məsələləri, o cümlədən ABŞ-ın Açıq Səma Sazişindən birtərəfli şəkildə çıxması, İranın nüvə proqramı, Ukrayna böhranının nizama salınması, Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının sammitinin çağırılması məsələlərini müzakirə edib, koronavirus pandemiyası, iqtisadi-ticari sahədə əlaqələri nəzərdən keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...