Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar

Nikolun diplomatik pasportu ogurlanıb. SİA rus mənbələrinə istinad edərək bu xəbərin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan tərəfindən bəyan edildiyini bildirib.

Mətbuat katibinin ehtimalına görə, Paşinyanın diplomatik pasportu 10 noyabr 2020-ci ildə hökumət binasına soxulan şəxslər tərəfindən oğurlanıb. Belə ki, ötən il noyabrın 10-na keçən gecə İrəvanda Qarabağdakı hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasından narazı olan nümayişçilər hökumət, parlament və baş nazirin malikanəsini dağıtmışdılar.

Belə ki, həmin gün "baş nazirin evindən kompüter, saat, sürücülük vəsiqəsi və digər əşyalar oğurlandığı" da bildirilmişdi.

Belə görünür ki, Paşinyan bu gün pasportsuzdur. Lakin Naqdalyan Ermənistanda pasportsuz təkcə Nikolun olmadığını, özü də daxil olmaqla daha 14 erməni rəsmisinin xarici pasportunun oğurlandığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...