Manukyan baş nazir olacağına əmindir

Ermənistanın aparıcı müxalifət partiyaları tərəfindən baş nazir postuna namizəd olaraq irəli sürülən Vazgen Manukyan Nikol Paşinyanın tezliklə iddialarından əl çəkərək öz postundan gedəcəyinə əminliyini bildirib. Onun fikrincə, Nikolun istefası onsuz da tezliklə reallaşağaq.

Paşinyanın zorakı üsullarla hakimiyyətə gəldiyini diqqətə çatdıran Manukyan onun bundan sonra hakimiyyətdə qalmasını mümkünsüz hesab edib. Dünya təcrübəsində hakimiyyətə gəlmək yollarından birinin konstitusiya, digərinin isə qiyam olduğunu xatırladan sabiq baş nazir Paşinyanın hakimiyyəti zəbt etməsini, bütün bunlardan fərqli olaraq çirkli qiyam yolu kimi dəyərləndirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə