İranda daha 6,4 min nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində 6 420 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 385 706 nəfərə çatıb. Virus daşıyıcılarından 4 038 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 79 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 57 560 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 177 367 nəfər koronavirusdan sağalıb, 9,01 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 154 rayon sarı, 276 rayon isə mavi zona hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...