Borcu ödəməyənlər evlərindən çıxarılacaq

Bu ilin yanvar ayı ukraynalılar üçün sürprizlə başlayıb. Belə ki, yerli insanlar mənzil-kommunal xidmətlər üçün tətbiq edilən yeni tariflərdən şoka düşüblər. SİA Ukrayna mətbuatına istinad edərək bildirir ki, artıq ölkənin bir çox böyük şəhərlərində mənzil-kommunal xidmətlər üçün tariflərin artması səbəbindən kütləvi etiraz aksiyaları təşkil edilməkdədir. Avtomobil yollarını bağlayan etirazçılar ölkə səlahiyyətlilərinə ünvanladıqları mesajda haqlı olaraq, kommunal borcları artan yaşlı insanların nə etməli olduqlarını sual kimi onlara ünvanlayırlar: “Bu gün ölkədə hər şeyin qiyməti artmaqdadır, lakin əmək haqqında belə bir artım müşahidə edilməyib. Belə olan halda insanlar nə etməlidirlər?”.

Yeri gəlmişkən qeyd edək ki, Ukraynada bundan sonra kommunal borclar əhalinin maaş və sosial müavinətlərdən tutulacaq. Borcu ödəmək iqtidarında olmayan mənzil sahibləri isə öz evlərindən çıxarılacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə