Koronavirus can almaqda davam edir

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların və bu infeksiyanın yaratdığı xəstəlikdən ölənlərin sayı artmaqda davam edir. Bu barədə SİA ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir. Təkcə son bir gün ərzində 627 nəfər infeksiyanın yaratdığı xəstəlikdən ölüb. Bununla da pandemiyadan dünyasını dəyişənlərin sayı 217 664 nəfərə çatıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 871 393 nəfərə çatıb, son 24 saat ərzində 26 816 şəxsin COVID-19 testi müsbət olub. Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 100 milyonu ötüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...