İsraildə koronavirusa yoluxanların sayı 605 min nəfəri ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 664 nəfər yoluxub.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 605 397 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 529 586 nəfəri sağalıb, 4 478 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə