Amerikalılar niyə COVİD-19 peyvəndindən qorxur?

Araşdırmalara görə, amerikalıların böyük əksəriyyəti koronavirus pandemiyasından təsirləniblər. Əslində bu təsirlənməni qorxu kimi də dəyərləndirmək olar. Xarici mətbuata istisna edən SİA Amerika vətəndaşlarının COVİD-19 peyvəndi ilə bağlı düşüncələrinə diqqət çəkir. Maraqlıdır ki, amerikalıların əksər hissəsi hökumətin ölkədə apardığı peyvəndləşməni müalicədən daha cox əhalinin mikroçipləməsinə, onların DNT-sini dəyişdirilməsinə hesablandığını güman edirlər.

Qeyd olunmalıdır ki, amerikalıların müəyyən qismi koronavirus peyvəndi ilə əlaqəli müxtəlif nəzəriyyələrə inansalar da, lakin onların az qismi də olsa, peyvəndin insanlarda autizmə səbəb ola biləcəyinə əmindirlər. Digər nəzəriyyələrə gəldikdə isə bir çox amerikalı peyvəndin sonsuzluğa səbəb ola biləcəyinə inanır. Məhz, bəlkə də elə bunun nəticəsiir ki, Amerikada aparılan peyvəndləşmə yerli əhli arasında elə də böyük maraq kəsb etmir.

Yeri gəlmişkən qeyd edək ki, ABŞ-da 400 min insanın həyatına son verən COVİD-19 yerli insanların şüuruna da təsirsiz ötüşməyib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...