Putin: Pandemiyaya görə məhdudiyyətlər tədricən aradan qaldırılacaq

Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşir; pandemiya ilə əlaqədar qoyulmuş məhdudiyyətlər tədricən aradan qaldırıla bilər. SİA xəbər verir ki, bunu Prezident Vladimir Putin tələbələrlə onlayn görüşü zamanı söylədi.

“Ümumiyyətlə, ölkədə epidemioloji vəziyyət tədricən sabitləşir. Bu səhər hesabatları dinlədim: artıq sağalanların sayı xəstələrin sayından çoxdur. Xəstəliyə yoluxanların sayı azalır, 20 mindən aşağı düşüb” dövlət başçısı deyib.

Putin paytaxtdakı vəziyyətin də düzəldiyini söylədi. "Bu, tətbiq olunan məhdudiyyətlərin dəqiq bir şəkildə aradan qaldırılmasına, normal bir təhsil ritminə qayıtmağa imkan verir"- Prezident bildirib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə