Ağır qəza, ölən və yaralı var

Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 24-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Həsənzadə idarə etdiyi “Range Rover” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakinləri A.Bağırova məxsus “Mercedes” və N.Rzayevə məxsus “Daewoo” markalı avtomobillərə vurub. Nəticədə Ə.Həsənzadə aldığı xəsarətlərdən hadisə yerində ölmüş, A.Bağırov xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə