ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni partiya yaratmağı planlaşdırmır, o, 2022-ci ildə Konqresə aralıq seçkilərdə respublikaçılara kömək edəcək. SİA-nın xəbərinə görə, bu barədə “Fox News” siyasətçinin müşaviri Ceyson Millerə istinadən məlumat yayıb. “Trampın hədəfi 2022-ci ildə respublikaçıları Nümayəndələr Palatasına və Senata qaytarmaqdan ibarətdir", - Miller bildirib.

Onun sözlərinə görə, sabiq prezident "bu səylərdən kənar" heç nə planlaşdırmır. Daha əvvəl məlumatlı mənbələrə istinadən “Wall Street Journal” qəzeti bildirib ki, Tramp son günlər tərəfdarları ilə Vətənpərvərlik Partiyası adlandırıla bilən yeni siyasi təşkiatın yaradılmasını müzakirə edib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə