Türkiyədə yeni növ koronavirusdan sutka ərzində 140 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 140 nəfər ölüb. SİA xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 277 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 860, ağır xəstələr isə 105 nəfər olub. Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 429 605 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 307 721 nəfər sağalıb, 25 073 nəfər isə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə