Əfqanıstanda “Taliban” hərbçilərə hücum etdi

Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının döyüşçüləri arasında baş verən silahlı toqquşma nəticəsində bir neçə hərbçi yaralanıb.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Qeyd edilir ki, hadisə ölkənin şimalında, Balh əyalətində, Şolqere rayonunda olub. “Taliban” döyüşçüləri blokposta hücum ediblər, atışma nəticəsində altı hərbçi xəsarət alıb.

Silahlı toqquşma nəticəsində həmçinin “Taliban”ın beş döyüşçüsü öldürülüb, daha üç nəfər yaralanıb.

"Taliban" hücumla bağlı hər hansı açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə