Portuqaliyada prezident seçkiləri keçirilir

Portuqaliyada prezident seçkilərində səsvermə başlayıb.

TASS agentliyi bildirir ki, koronavirus pandemiyası və ölkədə yoluxanların sayının kəskin artması fonunda keçirilən səsvermədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da) açılıb və saat 19:00-da (Bakı vaxtı ilə saat 23:00) bağlanacaq.

Portuqaliyada 9 milyondan çox insan səsvermə hüququna malikdir. Prezident postu uğrunda 7 namizəd mübarizə aparır. Onların arasında hazırkı dövlət başçısı Marselo Rebelo de Souza da var və o, yenə də favoritdir.

Qeyd edək ki, Portuqaliya qanunvericiliyinə əsasən, prezident birbaşa və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Əgər birinci turda namizədlərdən heç biri seçkilərdə 50 faizdən çox səs toplamasa, fevralın 14-də seçkilərin ikinci turu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə