Nigeriyanın cənub-şərqində qaz daşıyan avtomobil partlayıb, 30 nəfər həlak olub

Nigeriyanın cənub-şərqində qaz daşıyan avtomobil partlayıb.

SİA-nın məlumatına görə, partlayış Aqbor şəhərində yerləşən qaz doldurma məntəqəsində baş verib.

Məlumata əsasən, partlayış nəticəsində 30 nəfər həlak olub, 17 nəfər yaralanıb. Yaxınlıqda yerləşən bir neçə yaşayış evinə ciddi ziyan dəyib.

İnsidentlə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...