Ermənistanda baş vermiş qəza nəticəsində Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi Leonid Xomyakov ölüb.

“Sputnik Armeniya”ya xəbər verir ki, o, ötən gecə baş verən yol qəzasında həyatını itirib.

Məlumata görə, 25 yaşlı hərbi qulluqçunun avtomobili yük maşınına çırpılıb. Nəticədə avtomobildə yanğın başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə