ABŞ-ın yeni müdafiə naziri Lloyd Ostin NATO-nun ABŞ üçün əhəmiyyətini vurğulayıb

ABŞ-ın yeni müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığında ittifaqın ABŞ üçün əhəmiyyətini vurğulayıb. Tərəflər, həmçinin Əfqanıstan və İraqdakı missiyaları müzakirə ediblər. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbinin açıqlamasında deyilir. "Bu danışıq Müdafiə naziri olaraq (Ostinin) xarici liderə ilk zəngi idi və danışıq zamanı ABŞ üçün NATO ittifaqının əhəmiyyəti vurğulanıb", - deyə məlumatda vurğulanır. Mətbuatı xidmətinin rəhbəri daha sonra deyib: "Ostin və Stoltenberq "müdafiə baxımından NATO-nun güclü mövqeyini qorumağın vacibliyini bildirməklə yanaşı, Əfqanıstan və İraqda davam edən missiyaları müzakirə ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...