Rusiyada koronavirusdan ölənlərin sayı 68 mini keçib

Rusiyada koronavirusa yoluxanların sayı 3,67 milyonu keçib.

SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 21 513 nəfər virusa yoluxub, 580 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 677 352 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 68 412 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 081 536 şəxs virusdan sağalıb, 527 404 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...