Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq

Avropa İttfaqı sammiti tərəfdaş ölkələrə üzv ölkələri üçün sifariş edilmiş məhdud sayda peyvənd dozası verəcəyini vəd etdi, lakin vaxt təyin edilməyib. SİA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sammitdən sonra keçirilən onlayn mətbuat konfransında bildirib. Komissiyanın rəhbəri qeyd edib: "Biz əvvəlcədən Aİ tərəfindən sifariş edilmiş peyvəndlərinin bir hissəsinin tərəfdaş dövlətlər üçün ayrılmasına imkan verəcək bir Avropa mexanizmi yaratmağa qərar verdik". O bildirib ki, bu, ən qısa müddətdə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə