Çin ABŞ-ın 28 vətəndaşına, o cümlədən sabiq dövlət katibinə qarşı sanksiya tətbiq edib

Çin ABŞ-ın 28 vətəndaşına, o cümlədən sabiq prezident Donald Trampın administrasiyasında dövlət katibi olan Mayk Pompeoya qarşı sanksiya tətbiq edib.

SİA-nın məlumatına görə, bu barədə Çinin Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Çin, ölkənin suverenliyini ciddi şəkildə pozan və ABŞ-ın Çinə aid məsələlərində əsas məsuliyyət daşıyan 28 nəfərə qarşı sanksiya tətbiq etməyə qərar verib".

Sanksiya siyahısına, həmçinin, Milli Ticarət Şurasının sabiq rəhbəri Piter Navarro, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Robert O'Brayan və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft da daxil ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə