Bir qrup yəhudi akademiklər, keçmiş generallar və komandirlər, keçmiş millət vəkilləri, diplomat və iş adamları dünya ictimaiyyətinə bəyanatla müraciət ediblər.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nüfuzlu yəhudilər dünya ictimaiyyətindən müstəqil Fələstin dövlətinin tanınmasını istəyirlər.
100-ə yaxın ictimai-siyasi xadimin birgə yayımladığı bəyanatı sionistlərin "Haaretz"qəzetində dərc olunub. Bəyanatda bildirilir ki, 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövləti qurulmalı və bunu bütün beynəlxalq ictimaiyyət dəstəkləməlidir.
"Bunun belə olması İsrail varlığı üçün də çox əhəmiyyətlidir. Belə olacağı təqdirdə İsrailin beynəlxalq dünyadan təcrid edilməsinin qarşısını almaq olar\", -deyə bəyanatda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB