ABŞ Prezidenti Donald Tramp vəzifəsini təhvil verməmişdən əvvəl maraqlı addım atıb. SİA-nın verdiyi məlumata görə, Tramp əvvəlcə özü də daxil olmaqla 100 nəfəri əfv edəcəyini desə də, sonra yalnız 73 nəfərin əfv edilməsi haqqında qərar qəbul edib.

Məlumatı Ağ evdən də təsdiq ediblər. Daha 70 nəfərin cəzası isə yüngülləşdirilib.

Əfv olunanlar arasında Trampın keçmiş müşaviri Stiven Bennon da var. Həmçinin, iş adamı Elliot Broydin də əfv edilib. ABŞ-ın Respublika Partiyasının siyasi məsləhətçisi Pol Erikson, reperlər Lil Uayn və Kodak Blek, "Uber Technologies” şirkətinin keçmiş mühəndisi Entoni Lenavdovski, Nümayəndələr Palatasının sabiq üzvü Piçard Rensinin də adı əfv siyahısına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə