Alman polisi insan alveri ilə məşğul olan beynəlxalq cinayətkar dəstəni ələ keçirib

Alman səlahiyyətliləri bir sıra federal ərazilərdə insan alveri ilə məşğul olan beynəlxalq cinayətkar dəstəyə qarşı böyük əməliyyat həyata keçirib. SİA-nın məlumatına görə, bu barədə Kempten şəhər prokurorluğu və Münhendəki federal polisin cinayət istintaq şöbəsi açıqlama verib. 400-dən çox zabitin iştirak etdiyi genişmiqyaslı əməliyyat nəticəsində beş nəfər həbs olunub, cinayətə aid küllü miqdarda sübut və dəlillər toplanılıb. 2019-cu ilin aprel ayından böyük miqdarda pul müqabilində "Balkan yolu" ilə Suriya, Livan və Liviyadan olan 140 nəfərin Almaniyaya mikroavtobus və avtomobillərlə gətirildiklərinə görə 19 nəfər istintaqa cəlb edilib. Əməliyyat Avstriya, Macarıstan, Çexiya, Slovakiya, Niderlandın və Avropa Birliyinin (AB) hüquq-mühafizə orqanı olan Europolun dəstəyi ilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə