Türkiyədəki yol qəzasında bir avtomobildə 5 nəfər ölüb

Türkiyədə Mersinin Tarsus rayonunda yol qəzası olub, 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Qəzada minik avtomobilindəki 6 nəfərdən 5-i ölüb, yük maşınının sürücüsü ilə avtomobildəki digər yaralı xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə