Tramp vida nitqində Cozef Baydenin administrasiyasının gəlişini etiraf edib

ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp vida nitqində Cozef Baydenin administrasiyasının gəlişini etiraf etdi və onlara uğurlar arzuladı.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Tramp yeni hökumətə həmçinin uğurlar arzulayıb: "Bu həftə yeni rəhbərliyin inauqurasiyasını edəcəyik, mən onu Amerikanın təhlükəsizliyinin və çiçəklənməsinin təmin edilməsində müvəffəqiyyəti üçün dua edirəm".

ABŞ-ın hazırkı prezidenti bir daha 6 yanvarda Kapitoliyə edilən hücumla müqayisə edilə bilən siyasi zorakılığın bəraət qazana bilməyəcəyini deyib: "Bütün Amerikalılar Kapitoliyə edilən hücumdan dəhşətə gəldilər. Siyasi zorakılıq, amerikalıların bütün dəyərlərinə bir hücumdur. Buna əsla dözmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə